Xilasedicilər batmış şəxsin meyitini aidiyyatı üzrə təhvil verib

Xilasedicilər batmış şəxsin meyitini aidiyyatı üzrə təhvil verib

Yuxarı Qarabağ kanalında batmış şəxsin meyiti tapılıb. Bu barədə SİA məlumat verib.

Xəbərdə deyilir ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, 22 iyul 2013-cü il tarixində Yuxarı Qarabağ kanalının Bərdə rayonu Alpout kəndi ərazisindən keçən hissəsində batan 1977-ci il təvəllüdlü Nadirov Ceyhun Mirzə oğlunun axtarışları başa çatdırılıb.

Qeyd olunan şəxsin meyiti batdığı yerdən 15 km aralıda Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən suda tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə