Qazax rayon sakininin maşınında silah və sursat aşkarlanıb

Qazax rayon sakininin maşınında silah və sursat aşkarlanıb

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Ağstafa Rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qazax rayonunun ərazisində, rayon sakini, əvvəllər məhkum olunmuş Babək Vəliyevin idarə etdiyi "Land Rover" markalı avtomaşın saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, avtomaşına baxış zamanı "Makarov" tipli tapança, 12 patron, 2 patron darağı, 2 qumbara, 2 qumbara alışdırıcısı, keramika ilə möhkəmləndirilmiş 4 kapsula və bir bıçaq aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə