Bakı şəhəri, Suraxanı rayonunda vətəndaşa məxsus ümumi sahəsi 50 kv.m olan birmərtəbəli 3 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 8 kv.m sahədə yanıb. SİA-nın fövqəladə hallar nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 07:14-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB