Bakı-Qazax magistralının Şəmkir rayonu hissəsində ölümlə nəticələnən ağır yol qəzası baş verib. SİA-nın Qərb bürosunun xəbərinə görə, 30 yaşlı Gəncə şəhər sakini Xəyal Oqtay oğlu Əliyevin idarə etdiyi "Mersedes" markalı avtomobil, Şəmkir istiqamətindən gələn Şəmkir rayon sakini 26 yaşlı Tural Mahir oğlu Kazımovun idarə etdiyi "VAZ 2107" markalı avtomobillə toqquşub. Baş verən qəza nəticəsində "VAZ 2107" markalı avtomobilin sürücüsü Tural Kazımov sağ qurtarılsa da, avtomobildə olan sərnişin Ülvü Etibar oğlu Kərimovun həyatını xilas etmək mümkün olmayıb. "Mersedes" markalı avtomobilin sürücüsü Xəyal Əliyev isə yüngül xəsarətlər alıb.
Qeyd edək ki, hazırda faktla bağlı araşdırmalara başlanılıb.
İlham Məmmədov


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB