Bakı şəhər Baş Polis İdarəsindən SİA-ya verilən məlumata görə, gecə saat 00:30 radələrində Suraxanı rayonu Dədə Qorqud yaşayış sahəsində İlham Eyvazovun idarə etdiyi "VAZ-2107" və Elsevər Xanbatovun idarə etdiyi "Volksvagen-Passat" markalı avtomobillər toqquşub "VAZ-2107" markalı avtomobilin sərnişini Rövşən Qasımov hadisə yerində ölüb. İlham Eyvazov və "Volksvagen" markalı avtomobilin sərnişini Aytac Xanbatova isə 3 saylı xəstəxanaya yerləşdiriliblər.
Həmçinin gecə saat 03:40 radələrində Suraxanı rayonu Zığ yolunda Bakı şəhər sakini Əmiraslan Əhmədov idarəetməni itirərək "Hyundai-Elantra" markalı avtomobili maneəyə vurub. Qəza nəticəsində sürücü Ə.Əhmədov 3 saylı xəstəxanaya çatdıdılsa da, orada dünaysını dəyişib.
Bununla yanaşı iyulun 19-u saat 09:40 radələrində Xətai rayonu Y.Səfərov küçəsində, Tofiq Nəsirov idarə etdiyi "Mercedes" markalı yük avtomobili ilə Yusif Rəhimovu vurub. Baş verən qəzada Y.Rəhimov KTM-ə aparılıb və orada həyatını itirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB