Masallıda dərənin dibində ağacdan asılı vəziyyətdə qalmış bir nəfər xilas edilib
Masallıda dərənin dibində ağacdan asılı vəziyyətdə qalmış bir nəfər xilas edilib. Yanğın hadisələrinin qarşısı alınıb. Bu barədə SİA məlumat verib.
Xəbərdə deyilir ki, Masallı rayonu, İsi kəndində "İSTİSU" istirahət mərkəzində istirahət edən vətəndaş dağlıq əraziyə qalxarkən ayağı büdrəyib, yuvarlanaraq dərənin dibindəki ağacdan asılı vəziyyətdə qalıb.
Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub.
Yanğınsöndürən-xilasedicilər tərəfindən müxtəlif alətlərdən istifadə olunmaqla vətəndaş ağacdan xilas edilərək yaxınlarına təhvil verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB