Yanğın hadisələrinin qarşısı alınıb

Yanğın hadisələrinin qarşısı alınıb

Yanğın hadisələrinin qarşısı alınıb. Bu barədə SİA məlumat verib.

Xəbərdə deyilir ki, Biləsuvar rayonu, Aşağı Cürəli kəndində (rayon mərkəzindən 8 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 72 kv.m olan tövlənin yanar konstruksiyaları 28 kv.m sahədə və içərisinə yığılmış 1 ton ot bağlaması yanıb.

Tövlənin qalan hissəsi yanğından mühafizə olunub.

Naftalan şəhərində yol kənarında əkilmiş 75 ədəd şam ağacı yanıb. Ərazidəki ağaclar yanğından mühafizə olunub.

Göyçay rayonu, Çaxırlı kəndində (rayon mərkəzindən 20 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 4 ton olan ot bağlamasının 1 tonu yanıb.

Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub.

Daşkəsən rayonu, Daşkəsən qəsəbəsində (rayon mərkəzindən 8 km aralı) vətəndaşa məxsus "AUDİ" markalı minik avtomobilin yanar hissələri yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Xaçmaz rayonu, Nabran qəsəbəsində transformatorun yağı və sarğıları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Cəlilabad şəhərində vətəndaşa məxsus sahəsi 336 kv.m olan mağazanın dam örtüyünün yanar konstruksiyaları 180 kv.m sahədə yanıb.

Yanğın zamanı mağazada satıcı işləyən vətəndaş tüstüdən zəhərlənərək yanğın bölmələri hadisə yerinə çatana kimi Təcili Tibbi Yardım xidməti tərəfindən xəstəxanaya aparılıb.

Mağazanın qalan hissəsi və bitişik tikililər yanğından mühafizə olunub.

Ağsu rayonu, Qiyaslı kəndində (rayon mərkəzindən 18 km aralı) vətəndaşa məxsus "VAZ" markalı minik avtomobilinin yanar hissələri yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğınlar yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə