Fətixan Vəlixanı oraqla qətlə yetirdi

Fətixan Vəlixanı oraqla qətlə yetirdi

Şirvan şəhəri Hacıqəhrəmanlı kənd sakini, 1957-ci il təvəllüdlü Əliyev Vəlixan Sənihan oğlu qətlə yetirilib. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, qətldə mərhumun həmkəndlisi, 1960-cı il təvəllüdlü Atakişiyev Fətixan Şahməmməd oğlu şübhəli bilinir.

Məlum olub ki, iki həmkəndli hələlik məlum olmayan səbəblərdən mübahisə ediblər, F.Atakişiyev əlindəki orağı V.Əliyevə tərəf atıb və oraq düz mərhumun döş nahiyəsunə dəyib. Ürəyindən yara alan V.Əliyev xəstəxanaya çatdırılsa da həkimlər onun həyatını xilas edə bilməyiblər. Qətli törətməkdə şübhəli bilinən Fətixan Atakişiyev polis tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə