Öz evində yatan qoca kişini maşın vurdu ŞOK XƏBƏR!

Öz evində yatan qoca kişini maşın vurdu ŞOK XƏBƏR!

Öz evində divanda yatan qoca kişini maşın vurdu. SİA-nın Aran bürosunun müxbirinin verdiyi məlumata görə, bu gün saat 16:00 radələrində Sabirabad rayonun Nizami kəndində tük ürpədən yol nəqliyyat hadisəsi baş verib.

Nizami kənd sakini Minaxanov Qardaşxan Camal oğlu evində divanda yatdığı yerdə maşın divardan içəri girərək qocanı vurub. Şahidlərin dediyinə görə "Hunday Elantra" markalı 99 CP 823 nömrəli avtomabil yüksək sürətlə Hacıqabul Bəhrəmtəpə maqistral avtomobil yolu ilə hərəkət edən zaman döngəni kəsə bilməyib, əvvəlcə yolun kənarında dayanan VAZ 2107 markalı "Jiquli" markalı maşını vurub, daha sonra hasardan evə girib. Ev sahibi Qardaşxan Minaxanovun özü yüngül xəsarət alsa da, hamilə qızı, 1986-cı il təvəllüdlü Nəsirzadə Nərmin ağır xəsarət alaraq Şirvan şəhər mərkəzi xəstəxanasına yerləşdirilib. "Hunday Elantra"nın sürücüsü 1981-ci il təvəllüdlü Əzizov Tahir Atabala oğlu və sərnişin 1988-ci il təvəllüdlü Əzizov Məzahir Namiq oğlu xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı BDYP istintaq idarəsində araşdırma aparılır.

İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə