Abşeron rayonunda bir nəfər dənizdə batıb

Abşeron rayonunda bir nəfər dənizdə batıb

Abşeron rayonunda bir nəfər dənizdə batıb. Bu barədə SİA məlumat verilib.

Xəbərdə deyilir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Abşeron rayonu ərazisində dənizdə (nəzarət olunmayan ərazidə) 1 nəfər batıb.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri dərhal əraziyə cəlb olunub və axtarışlara başlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə