Keçmiş arvadını güllələdi

Bərdədə odlu silahla qətl hadisəsi törədilib. SİA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, Hadisə rayonun Bahadur Hacıyev küçəsində baş verib.

Rayon sakini 43 yaşlı Alişan Əhmədov keçmiş həyat yoldaşı, 42 yaşlı Yasəmən Dadaşovanı ov tüfəngi ilə güllələyərək qətlə yetirib. Silahdan 5 dəfə atəş açılsa da, güllələrdən ikisi qadına dəyib.

Qeyd edək ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Şamxal Cəliloğlu

Bütün xəbərlər Facebook səhifəmizdə