Ötən gün axşam saatlarında Xaçmaz rayonunda qətl hadisəsi baş verib. SİA-nın Şimal bürosunun verdiyi xəbərə görə, Xaçmaz rayonunun Xudat şəhər sakini 37 yaşlı Şahin Bağırov, 28 yaşlı həyat yoldaşının başına idman aləti olan qantellə vuraraq qətlə yetirib.
Yaxınlarının verdiyi məlumata görə, cütlük arasında münaqişə olub. Onlar bir ay öncə rəsmi şəkildə boşansalar da, birlikdə yaşamağa davam ediblər.
Qeyd edək ki, Xaçmaz rayon Polis əməkdaşları tərəfində saxlanılan Şahin Bağırovun ruhi xəstə olduğu bildirilir. Ailənin 3 övladı var.
Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.
Emin Kərimov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB