Batmaq təhlükəsi ilə üzləşmiş 2 nəfər xilas edilib

Batmaq təhlükəsi ilə üzləşmiş 2 nəfər xilas edilib

Batmaq təhlükəsi ilə üzləşmiş 2 nəfər xilas edilib. Bu barədə SİA məlumat verib.

Xəbərdə deyilir ki, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Mingəçevir su anbarında çimərkən batmaq təhlükəsi ilə üzləşmiş 2 nəfər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə