Gecə saatlarında Xaçmazda ağır yol qəzası baş verib. SİA-nın Şimal bürosunun verdiyi məlumata görə, yol nəqliyyat hadisəsi Qəndob-Yalama yolunun 19-cu kilometrliyində, Hülövlü kəndi ərazisində qeydə alınıb.
Hadisə nəticəsində Xaçmaz rayon sakinləri, 1976-cı il təvəllüdlü Elnur Sultanovun idarə etdiyi "QAZel" markalı yük avtomobili ilə 1989-cu il təvəllüdlü İbrahim Məmmədovun idarə etdiyi "İnfiniti" markalı avtomobil toqquşub. Qəza nəticəsində "İnfiniti" markalı maşın yanıb.
Qəzaya səbəb kimi "QAZel" markalı yük maşınının "İnfiniti" markalı avtomobilin qarşısına çıxması olub. 40 dəqiqə sonra hadisə yerinə FHN-in Yanğından Mühafizə Xidmətinin bir yanğınsöndürən maşını cəlb olunub.
Qeyd edək ki, yük avtomobilinin sürücüsü və sərnişini xəsarət alıb. Xəsarət alan sərnişinin vəziyyəti ağır olduğundan o, Bakıdakı xəstəxanaların birinə aparılıb.
Emin Kərimov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB