Ölümlə nəticələnən 2 qəza baş verdi

Ölümlə nəticələnən 2 qəza baş verdi

Gecə saat 01:50 radələrində Sabunçu qəsəbəsində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Bakı şəhər Baş Polis İdarəsindən SİA-ya verilən məlumata görə, şəhər sakini Əmir Mirzəyev idarə etdiyi "Daewoo" markalı avtobus ilə Şaban Yunisovu vurub. Hadisə nəticəsində xəstəxanaya çatdırılan yaralı orada həyatını itirib.

Bununla yanaşı ötən gün saat 08:30 radələrində Lökbatan qəsəbəsində Gəncə şəhər sakini Emil Bədəlovun idarə etdiyi "Shagman" markalı və Abşeron rayon sakini Fariz Ələkbərovun idarə etdiyi "Daewoo" markalı avtomaşınlar toqquşub. Qəza nəticəsində sərnişin Nafilə Balakişiyeva hadisə yerində ölüb. Yüngül bədən xəsarətləri alan digər sərnişinlərə isə xəstəxanada yardım göstərildikdən sonra evə buraxılıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə