Yanğınların genişlənməsinin qarşısı alınıb

Yanğınların genişlənməsinin qarşısı alınıb

Yanğınların genişlənməsinin qarşısı alınıb. Bu barədə SİA məlumat verib.

Xəbərdə deyilir ki, Lənkəran rayonu, Boladı kəndində vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 2 ton ot bağlaması yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olub.

Füzuli rayonu, Yuxarı Kürdmahmudlu kəndində (rayon mərkəzindən 13 km aralı) kənd bələdiyyəsinə məxsus ərazidə 17 ha sahədə biçilmiş taxıl sahəsi yanıb. Yaxınlıqdakı əkin sahələri yanğından mühafizə olunub.

Ağsu rayonu, Ərəbsarvan kəndində (rayon mərkəzindən 25 km aralı) yol kənarında kol-kos 200 kv.m sahədə və vətəndaşa məxsus həyatyanı sahəyə yığılmış 6 ton ot bağlamasının 3 tonu yanıb. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub.

Abşeron rayonu, Xırdalan şəhərində binanın girişində elektrik şiti və şitdən çıxan eıektrik kabelləri 7 p.m yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Xaçmaz şəhərində hər mərtbəsi 100 kv.m olan Xalça muzeynin alkopon materialdan ibarət divar üzlüyü 0,5 kv.m sahədə yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub.

Gəncə şəhərində vətəndaşa məxsus "HYUNDAI" markalı sərnişin avtobusun salonunun üst hissəsinin üzlüyü 3 kv.m sahədə və içərisində olan kondisioner yanıb. Avtobusun qalan hissəsi yanğından mühafizə olunub.

Yanğınlar yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə