Qardaş bacısını qətlə yetirdi

Yevlaxda qardaş bacısını qətlə yetirib. SİA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, hadisə rayonun Cəfər Cabbarlı küçəsi ev 7, mənzil 3-də baş verib. Aralarında yaranan mübahisə zəminində Məmməd Abdulhəlim oğlu Musayev bacısı Elnarə Abdulhəlim qızı Mehdizadəni bədəninin müxtəlif nahiyələrinə çoxsaylı bıçaq zərbələri endirərək öldürüb.

Hadisədən sonra Məmməd Musayev Yevlax Şəhər Polis şöbəsinə gələrək əməlini etiraf edib. Dərhal hüquq mühafizə orqanları tərəfindən istintaq qrupu yaradılaraq hadisə yerinə baxış keçirilib.

Məmməd Musayevin qətl zamanı istifadə etdiyi bıçaq maddi sübut kimi götürülüb. Qətlin qısqanclıq zəminində baş verdiyi bildirilir.

Qeyd edək ki, qətlə yetirilən Elnarə Mehdizadə iki uşaq anası idi. Hazırda faktla bağlı Yevlax şəhər prokurorluğunda cinayət işi açılıb, istintaq aparılır.

Şamxal Cəliloğlu

Bütün xəbərlər Facebook səhifəmizdə