Yanğınların genişlənməsinin qarşısı alınıb

Yanğınların genişlənməsinin qarşısı alınıb

Baş vermiş yanğınların genişlənməsinin qarşısı alınıb. Bu barədə SİA məlumat verib.

Xəbərə görə, Ağcabədi rayonu, Şənlik kəndində (rayon mərkəzindən 13 km aralı ) vətəndaşa məxsus ümumi sahəsi 70 kv.m olan tövlənin çardağının yanar konstruksiyaları və damına yığılmış ümumi çəkisi 6 ton ot bağlamasının 5 tonu yanıb. Tövlənin və ot bağlamasının qalan hissələri yanğından mühafizə olunub.

Sabirabad rayonu, Qaragüney kəndində vətəndaşa məxsus qoşquya yığılmış 4 ton ot bağlamasının 2 tonu yanıb. Qoşqu və ot bağlamasının qalan hissələri yanğından mühafizə olunub.

Həmçinin, Bakı şəhəri, Yasamal rayonunda 18 mərtəbəli 2 bloklu yaşayış binasının 2-ci mərtəbəsindən 18-ci mərtəbəsinə kimi şaxtadan keçən kabellərin izolyasiyası 150 p.m və 18 ədəd elektrik sayğacı yanıb. Mənzillər yanğından mühafizə olunub. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən təhlükəli zonadan 24 nəfər bina sakini (onlardan 6 nəfəri azyaşlı uşaq, 4 nəfər yaşlı adam olmaqla) təxliyə olunublar.

Yanğınlar yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə