Bərdə şəhərinin Heydər Əliyev prospektində "Nexsia" markalı avtomobillə "VAZ 2106" markalı "Jiquli" avtomaşını toqquşub. Hadisə nəticəsində "Jiquli" maşının sürücüsü Alxas Alverdiyev və sərnişin Tehranə Hacıyeva müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Bərdə rayon Mərkəzi Xəstəxanasına yerləşdirilsə də, Alxas Alverdiyevin həyatını xilas etmək mümkün olmayıb.
Digər qadın yaralının vəziyyəti isə orta ağırdır. İlkin ehtimala görə, qəzaya səbəb xəstə apardığına görə nisbətən sürətlə hərəkət edən "Nexsia" markalı maşının yoluna "Jiquli" avtomobilinin qəflətən çıxması olub.
Qeyd edək ki, faktla bağlı Bərdə rayon Polis Şöbəsində araşdırma aparılır.
Şamxal Cəliloğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB