Gəncədə mebel sexi, Göygöldə ev yandı

Gəncədə mebel sexi, Göygöldə ev yandı

Gəncədə mebel sexlərindən birində yanğın hadisəsi baş verib. Hadisə yerində olan SİA-nın Qərb bürosunun xəbərinə görə, əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Regional Yanğından Mühafizə İdarəsinin 4 yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub. Hadisə ilə əlaqədar olaraq şəhərin əsas prospektlərindən olan Şah İsmayıl Xətai prospektində avtomobillərin hərəkəti məhdudlaşdırılıb. Müdaxilələrdən sonra alovu söndürmək mümkün olub.

Bununla yanaşı Göygöl rayonunu Üç Təpə qəsəbəsində isə ev yanıb. Rayon sakini Qəni Hümbətova məxsus sahəsi 44 kv/km olan ev əşyaları ilə birlikdə yanaraq kül olub. Yanğına səbəb evin damına yığılan ot bağlamalarının alışması olub.

Qeyd edək ki, hazırda faktla bağlı araşdırma aparılır.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə