Göygöl sakini Gəncədə bıçaqlandı

Göygöl sakini Gəncədə bıçaqlandı

Göygöl rayon Aşıqlı kənd sakini 34 yaşlı Elşən Qurbanov Gəncə şəhərində bıçaqlanıb. Yaralı bədəninin müxtəlif nahiyələrində kəsilmiş, deşilmiş yaralarla, ağır vəziyyətdə Gəncə şəhər 3 saylı Təcili Tibbi Yardım Xəstəxanasına qaldırılıb. Gəncə şəhər Baş Polis İdarəsindən SİA-ya verilən məlumata görə, Elşən Qurbanovun kim tərəfindən bıçaqlanması hələlik məlum deyil.

Qeyd edək ki, faktla bağlı araşdırma aparılır.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə