Baş vermiş yanğın hadisələrinin qarşısı alınıb

Baş vermiş yanğın hadisələrinin qarşısı alınıb

Baş vermiş yanğın hadisələrinin qarşısı alınıb. Bu barədə SİA məlumat verib.

Məlumata görə, Şabran rayonu, Dağ Bilici kəndində (rayon mərkəzindən 15 km aralı) bələdiyyəyə məxsus ərazidə 7 ha sahədə kol-kos yanıb. Yaxınlıqdakı əkin sahələri yanğından mühafizə olunub.

Şamaxı rayonu, Saqiyan kəndində (rayon mərkəzindən 16 km aralı) vətəndaşa məxsus torpaq sahəsində 0,4 ha biçilməmiş taxıl sahəsi və 0,5 ha sahədə kol-kos yanıb. Yaxınlıqdakı əkin sahələri və meşə zolağı yanğından mühafizə olunub.

Masallı rayonu, Qaraçı kəndində (rayon mərkəzindən 10 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 64 kv.m olan talvarın yanar konstruksiyaları 40 kv.m sahədə və altına yığılmış 6 ton ot bağlaması yanıb. Talvarın qalan hissəsi yanğından mühafizə olunun.

Masallı rayonu, Ərkivan kəndində (rayon mərkəzindən 8 km aralı) vətəndaşa məxsus feyxua bağında 690 ədəd feyxua ağacları, 1 ha biçilməmiş otlaq sahə və bələdiyyəyə məxsus ərazidə 12 ha biçilməmiş otlaq sahə yanıb. Yaxınlıqdakı əkin sahələri yanğından mühafizə olunub.

Lənkəran şəhərində dəmiryol xəttində 58 ədəd şpallar və 80 kv.m sahədə kol-kos yanıb. Dəmiryol xəttinin qalan hissəsi yanğından mühafizə olunub.

Bakı şəhəri, Nizami rayonunda ümumi sahəsi 15 kv.m olan tikilinin yanar konstruksiyaları 3 kv.m sahədə, tikilinin ətrafina yığılmış məişət tullantıları 200 kv.m sahədə və 20 ədəd şam ağacı yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

Füzuli rayonu, Üçüncü Qayıdış qəsəbəsində (rayon mərkəzindən 14 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 35 kv.m olan qamışdan ibarət tikilinin dam örtüyünün yanar konstruksiyaları və digər vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 10 ton ot bağlamasının 4 tonu yanıb. Tikilinin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə