Bakı şəhər Baş Polis İdarəsindən SİA-ya verilən məlumata görə, gecə saat 01:45 radələrində Muxtarov qəsəbəsində Aydın Tağızadə mübahisə zəminində Aydın İsmayılova bıçaq xəsarətləri yetirib. Cinayəti törədən şəxs Sabunçu rayon Polis İdarəsi 12-ci Polis Bölməsinin əməkdaşları tərəfindən tutulub.
Həmçinin ötən gün saat 22:50 radələrində 6-cı mikrorayonda Gəncə şəhər sakini Ağası Qurbanov mübahisə zəminində Bakı şəhər sakini Rövşən Bədəlova bıçaq xəsarətləri yetirib. Həmin gün Ağası Qurbanov Binəqədi rayon Polis İdarəsi 7-ci Polis Bölməsinin əməkdaşları tərəfindən tutulub.
Bununla yanaşı, mayın 26-da S.Rüstəm küçəsində yerləşən gecə klubunda Bakı şəhər sakini Oqtay Məmmədxanov daxilə nüfuz edən bıçaq xəsarətləri ilə KTM-ya yerləşdirilib. Nəsimi rayon Polis İdarəsi 22-ci Polis Bölməsi və PPXB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən Ağdam rayon sakini Kənan Şükürov iyulun 9-da tutulub. Ondan cinayətdə istifadə etdiyi bıçaq aşkar edilərək götürülüb.
Qeyd edək ki, araşdırma zamanı müəyyən edilib ki, o, ötən il avqustun 31-də M.Əliyev küçəsində yerləşən gecə klubunda Fərrux Abbasova da bıçaq xəsarətləri yetirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB