FHN-in aeroport yolundakı qəzası ilə bağlı rəsmi məlumatı

FHN-in aeroport yolundakı qəzası ilə bağlı rəsmi məlumatı

Fövqəladə Hallar Nazirliyi Bakıda aeroport yolunda baş verən qəza ilə bağlı məlumat yayıb. SİA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Xəzər rayonunda "Daewoo" markalı avtobus, "KİA" və "BYD" markalı iki minik avtomobili ilə toqquşub. Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb edilib.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "KİA" markalı avtomobilin sürücüsü - 1983-cü il təvəllüdlü Famil Yahya oğlu Adıgözəlov və 2 nəfər sərnişini hadisə yerində ölüb. Cəsədlər Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən avtomobildən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə