Yanğın hadisələrinin qarşısı vaxtında alınıb

Yanğın hadisələrinin qarşısı vaxtında alınıb

Yanğın hadisələrinin qarşısı vaxtında alınıb. Bu barədə SİA məlumat verib.

Məlumata görə, Şabran rayonu, Kilvar kəndində (rayon mərkəzindən 28 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 3 ton ot bağlaması yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Siyəzən rayonu, Zarat kəndində (rayon mərkəzindən 30 km aralı) dəmir yol kənarında 4 ha sahədə kol-kos yanıb. Yaxınlıqdan keçən dəmir yol xətti yanğından mühafizə olunub.

Beyləqan rayonu,Yeni Mil kəndində (rayon mərkəzindən 8 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 12 kv.m olan qamışdan ibarət köməkçi tikilinin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı talvar yanğından mühafizə olunub.

Bakı şəhəri, Yasamal rayonunda 9 mərtəbəbli binanın 8-ci mərtəbəsində yaşayan, vətəndaşa məxsus ümumi sahəsi 83 kv.m olan 4 otaqlı evin eyvanında kondisioner yanıb. Mənzil yanğından mühafizə olunub.

Quba rayonu, Digah və Alpan kəndlərində (rayon mərkəzindən 12 km aralı) Digah kənd bələdiyyəsinə məxsus ərazidə 7 ha sahədə biçilməmiş taxıl sahəsi və 2 ha sahədə kol-kos, Alpan kənd bələdiyyəsinə məxsus ərazidə 16 ha sahədə biçilməmiş taxıl və 4 ha sahədə biçilmiş taxıl sahəsi (ümumi 23 ha biçilməmiş, 2 ha kol-kos və 4 ha biçilmiş) yanıb. Yaxınlıqdakı əkin sahələri yanğından mühafizə olunub.

Quba rayonu, Xucbala kəndində (rayon mərkəzindən 9 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 21 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və içərisinə yığılmış 2 ton ot bağlamasının 0,5 tonu yanıb. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub.

Masallı rayonu, Təklə kəndində kənd bələdiyyəsinə məxsus ərazidə 20 ha sahədə biçilmiş taxıl sahəsi yanıb. Yaxınlıqdakı əkin sahələri yanğından mühafizə olunub.

Masallı rayonu, Çaxırlı kəndində (rayon mərkəzindən 7 km aralı) kənd bələdiyyəsinə məxsus ərazidə 45 ha sahədə biçilmiş taxıl sahəsi yanıb. Yaxınlıqdakl biçilmiş taxıl sahələri yanğlndan mühafizə olunub. Yanğınlar yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə