Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, 1982-ci il təvəllüdlü Miryasər Miryavər oğlu Nuriyev Cəlilabad rayonunun Fərzili kəndi ərazisindəki su bəndinə düşüb. Nazirlikdən SİA-ya verilən xəbərə görə, müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb edilib və axtarışlara başlayıblar. Miryasər Nuriyevin cəsədi dalğıc-xilasedicilər tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB