Minik maşını ilə yük avtomobili toqquşub

Minik maşını ilə yük avtomobili toqquşub

Bərdədə iki avtomobilin toqquşması nəticəsində bir nəfər yaralanıb. SİA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, hadisə rayonun Heydər Əliyev prospektində Bərdə Ağdam magistral avtomobilinin yolunun üstündə baş verib. Qəzada minik maşını ilə yük avtomobili toqquşub. Güclü zərbə nəticəsində avtomobillərdən birinin sürücüsü müxtəlif dərəcəli bədən xəsarəti alıb. Qəzada hər iki avtomobilə ciddi ziyan dəyib.

Qeyd edək ki, hadisə ilə bağlı rayon Polis Şöbəsində araşdırma aparılır.

Şamxal Cəliloğlu

Bütün xəbərlər Facebook səhifəmizdə