Avtoqəzada bir ailənin üç üzvü xəsarət aldı

Avtoqəzada bir ailənin üç üzvü xəsarət aldı

Şirvanda baş verən avtoqəzada bir ailənin üç üzvü xəsarət alıb. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, ötən gecə saat 23:00 radələrində Şirvan şəhər sakini Əliyev Əliyusif Asəf oğlunun idarə etdiyi 10 LT 204 dövlət nömrə nişanlı "Mersedess" markalı avtomobillə Heydər Əliyev prospektində sürətlə hərəkət edən zaman yolun kənarında təmirə dayanan Hacıqabul rayon sakini 1983-cü il təvəllüdlü Bağırov Samir Muxtar oğluna məxsus VAZ 2107 markalı 18 BE 774 dövlət nömrə nişanlı avtomobili arxadan vurub.

"Mersedess" markalı avtomobil yoldan çıxaraq bir neçə dəfə yuvarlanaraq arxası üstə aşıb. Nəticədə "Mersedes"-in sürücüsü və VAZ 2107-də olan bir ailənin üzvü olan sərnişinlər Hacıqabul rayon sakinləri 1990-cı il təvəllüdlü Həmidova Səidə Saleh qızı, 2005-ci il təvəllüdlü Bağırova Sevinc Samir qızı və 1997-ci il təvəllüdlü Bağırova Aysel Samir qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şirvan şəhər mərkəzi xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirliblər.

Faktla bağlı Şirvan şəhər polis şöbəsi tərəfindən araşdırma aparılıb.

İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə