Dövlət sərhədini pozan 43 nəfər saxlanılıb

Dövlət sərhədini pozan 43 nəfər saxlanılıb

İyun ayında Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən Azərbaycanın dövlət sərhədini pozduğu üçün 33 halda 43 nəfər saxlanılıb. DSX-nin mətbuat mərkəzindən SİA-ya verilən xəbərə görə, saxlanılanlardan 23 nəfər Azərbaycan, 6 nəfər Özbəkistan, 5 nəfər Moldova, 4 nəfəri Əfqanıstan, 2 nəfəri Nigeriya, hər ölkədən 1 nəfər olmaqla İran, Rusiya və Gürcüstan vətəndaşı olub. Rejim qaydalarını pozarkən quru sərhədlərində 8 halda 17 nəfər, Xəzər dənizində isə 37 halda 51 nəfər saxlanılıb.

Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 177 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilib.

Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 16 halda 9 kq 6,6 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb. Qaçaqmalçılıq fəaliyyətləri ilə mübarizə tədbirləri nəticəsində isə 57 halda ümumi dəyəri təqribən 63 min manat təşkil edən qaçaqmal tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə