Sürücü və sərnişinlər xilas edilib
Avtomobil çayda batıb

Quba rayonunda "Wolsvagen" markalı minik avtomabili çayda batıb. Fövqaladə Hallar Nazirliyinin saytına istinadən verilən məlumata görə, yanğınsöndürən-xilasedicilər tərəfindən avtomobildə olan 1 sürücü və 4 sərnişin (3 qadın, 2 kişi) avtomobildən sahilə çatdırılıb.

Xilas olunanlardan 3-ü qadın, 2-si kişi olub.

Avtomobil qoşqu vasitəsi ilə sudan çıxarılıb. Əməliyyat saat 06:35-də başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə