Yanğınların genişlənməsinin qarşısı alınıb. Bu barədə SİA məlumat verib.
Məlumata görə, Beylaqan rayonu, Eyvazlılar kəndində (rayon mərkəzindən 17 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 30 ton ot bağlamasının 15 tonu yanıb. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub.
Bakı şəhəri, Nəsimi rayonunda 2 mərtəbli yaşayış binasının zirzəmisində yaşayan vətəndaşa məxsus ümumi sahəsi 16 kv.m olan 2 otaqlı mənzilin yanar konstruksiyaları 12 kv.m sahədə yanıb. Mənzillər yanğından mühafizə olunub.
Hacıqabul rayonunda kənd bələdiyyəsinə məxsus ərazidə 40 ha sahədə quru ot yanıb. Yaxınlıqdakı əkin sahələri yanğından mühafizə olunub.
Beylaqan rayonu, Qəhramanlı kəndində (rayon mərkəzindən 15 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyəyığılmış 30 ton ot bağlamasının 14 tonu yanıb. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub.
Ağsu rayonu, Kalağaylı kəndində (rayon mərkəzindən 10 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 32 kv.m olan 1 mərtəbəli 1 otaqlı evin yanar konstriksiyaları və ev əşyaları yanıb. Yaxınlıqdakı talvar yanğından mühafizə olunub.
Abşeron rayonunda vətəndaşa məxsus həyətyani sahəyə yığılmış ot bağlamasından 16 ton ot bağlamasının 0,6 tonu yanıb. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub.
Qəbələ rayonu, Quşlar kəndində (rayon mərkəzindən 44 km aralı) kənd bələdiyyəsində məxsus ərazidə 2 ha biçilmiş taxıl sahəsi və 1 ha quru ot yanıb. Digər sahələr yanğından mühafizə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB