Göygöl rayonunda keçirilən toy mərasimində kütləvi dava baş verib. SİA-nın bölgə müxbirinin Göygöl rayon Polis Şöbəsinə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 26 yaşlı rayon sakini Şöhrət Bağırov bıçaqlanaraq, ağır vəziyyətdə xəstəxanaya qaldırılıb. Dərhal əməliyyat olunan yaralının vəziyyətinin kritik olduğu deyilir.
Qeyd edək ki, hazırda rayon Polis Şöbəsi tərəfindən kütləvi davanın və Şöhrət Bağırovu bıçaqlayan şəxsin axtarışına başlanılıb.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB