İmişlidə yaşayış evi yanıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, İmişli rayonu, Sarıxanlı kəndində (rayon mərkəzindən 28 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 170 kv.m olan birmərtəbəli 6 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 170 kv.m sahədə və ev əşyaları qismən yanıb. Yaxınlıqdakı köməkçi tikili yanğından mühafizə olunub. Yanğın saat 20:18-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB