Lənkəranda gün ərzində ikinci ağır yol nəqliyyat hadisəsi qeydə alınıb. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, hadisə bu gün saat 16 radələrində Lənkəran-Boradigah şosesininin Veravul kəndi ərazisindən keçən hissəsindəki körpüdə baş verib.
Şəxsiyyətləri hələlik məlum olmayan Masallı rayon sakinlərinin idarə etdiyi "Mercedes" markalı, 10 NF 314 dövlət nömrə nişanlı mikroavtobus 62 BC 708 dövlət nömrə nişanlı "VAZ 2101" markalı avtomobillə toqquşub. Nəticədə "VAZ-2101"-in sürücüsü hadisə yerindəcə dünyası dəyişib. Digər sürücü isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparırlar.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB