Meyiti 4 gün sonra tapıdı

Bərdə rayonunda Yuxarı Qarabağ kanalının, Hüseyinbəyli kəndi ərazisindən keçən hissəsində batan 27 yaşlı Anar Ələkbərovun axtarışları başa çatıb. SİA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, Ələkbərovun cəsədi batdığı yerdən 7-8 kilometr aralıda, rayonun Göyüşlü kəndi ərazisində Fövqəladə Hallar Nazirliyinin (FNH) dalğıc –xilasediciləri tərəfindən tapılaraq aidiyyatı üzrə təhvil verilib.

Hadisə ilə bağlı rayon polis şöbəsində iki nəfər şübhəli şəxs qismində saxlanıb. Meyit tibbi ekspertizaya göndərilib. Faktla bağlı cinayət işi başlanıb araşdırma aparılır.

Qeyd edək ki, Anar Ələkbərovun itkin düşməsi barədə məlumatı ilk olaraq polisə anası 102 xidmətinə zəng edərək bildirib. 26 yaşlı gənci iyulun 1 axşam saatlarında Qarabağ kanalının yaxınlığında görüblər. Bu səbəbdən də onun meyiti FHN-nin xilasedici qrupu tərəfindən 4 gündür suda axatrılırdı.

k

Şamxal Cəliloğlu

Bütün xəbərlər Facebook səhifəmizdə