Yevlax-Bərdə yolunun 9-cu kilometrliyində teplovozla minik avtomobilinin toqquşması nəticəsində iki nəfər yaralanıb. SİA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, Yevlax rayonunun Malbinəsi kənd sakini 1968-ci təvəllüdlü Şükür Qurban oğlu Qurbanovun idarə etdiyi "VAZ 21010" markalı avtomobil teplovozun yoluna çıxıb. Bu zaman hərəkətdə olan teplovoz minik maşını ilə toqquşub və onu təxminən 50-60 metr məsafədə relslərin üstü ilə aparıb. Nəticədə minik maşınının sürücüsü və avtomobildə olan sərnişin 1992-ci il təvəllüdlü Cəlal Cavadov ağır bədən xəsarətləri alıb. Onlar Yevlax Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Şahidlərin bildirdiyinə görə, hadisəyə minik maşınının sürücüsünün diqqətsizliyi səbəb olub.
Qeyd edək ki, faktla bağlı araşdırma aparılır.
Şamxal Cəliloğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB