Azərbaycana qanunsuz yolla keçməyə cəhd göstərən Gürcüstan vətəndaşı saxlanılıb
Gürcüstandan Azərbaycan istiqamətində hərəkət edən yük qatarında gizlənərək qanunsuz yolla Azərbaycan Respublikası ərazisinə keçməyə cəhd göstərən, özünü 1969-cu il təvəllüdlü, Gürcüstan vətəndaşı Bedzina Soitaşvili kimi təqdim edən şəxs Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən saxlanılıb. Bu barədə SİA-ya Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən məlumat verilib.
Hadisə Şəmkir Sərhəd Dəstəsinin "Böyük kəsik" sərhəd nəzarəti məntəqəsinin "Dəmiryolu" buraxılış məntəqəsində 30 iyun 2013-cü il tarixdə saat 23:50-də qeydə alınıb.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB