Bakıda ev yanıb

Bakıda yaşayış binasında yanğın baş verib. SİA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yanğın Bakı şəhəri, Xətai rayonunda 5 mərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 25 kv.m olan 1 otaqlı mənzildə baş verib.

Yanğın nəticəsində mənzilin mətbəxində 6 kv.m sahədə ev əşyaları yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 00:16-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə