Bank işçisi naməlum şəkildə yoxa çıxıb

Bank işçisi naməlum şəkildə yoxa çıxıb

Bərdə sakini 27 yaşlı Anar Ələkbərov naməlum şəkildə yoxa çıxıb. SİA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, rayonda özəl bankların birində çalışan 27 yaşlı gəncin öldürülərək Qarabağ su kanalına atıldığı iddia edilir.

Anar Ələkbərovun itkin düşməsi barədə məlumatı ilk olaraq polisə anası 102 xidmətinə zəng edərək bildirib. 27 yaşlı gənci son dəfə dünən axşam Qarabağ kanalının yaxınlığında görüblər. Bu səbəbdən də onu meyiti suda axtarılır.

Dünən axşamdan başlayaraq FHN-nin xilasedici qrupu axtarışlar aparsa da hələlik heç bir nəticəsi yoxdur.

Hazırda axtarışlar rayonun Mehtili kəndində aparılır.

Şamxal Cəliloğlu

Bütün xəbərlər Facebook səhifəmizdə