Lənkəranda yaşayış binasında güclü partlayış baş verib. SİA-nın Cənub bürosunun verdiyi xəbərə görə, partlayış ötən gecə saat 3:00 radələrində şəhərin Şəhidlər Xiyabanı, 46 ünvanında yerləşən beşmərtəbəli binanın birinci mərtəbəsində qeydə alınıb.
Rasim Süleyman oğlu Hüseynova məxsus ümumi sahəsi 60 kvadratmetr olan üçotaqlı mənzilin hamamında qeydə alınan partlayış nəticəsində həmən mənzildə kirayə yaşayan türk vətəndaşı müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. Partlayış baş verən əraziyə Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Şöbəsinin və yanğından mühafizə hissəsinin əməkdaşları cəlb olunub. Onların müdaxiləsi nəticəsində 1983-cü il təvəllüdlü Yenikəri Yılmaz Məhmət oğlu 3-cü dərəcəli yanıq diaqnozu ilə Lənkəran Regional Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib. Xəstəyə müvafiq tibbi yardım göstərildikdən sonar Bakı şəhərinə göndərilib. İlkin ehtimala görə, partlayışa məişət qazının sızması səbəb olub.
Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB