Gecə saat 02:15 radələrində 38 saylı hərbi şəhərcikdə yanğın hadisəsi baş verib. SİA-nın bölgə müxbirinin verdiyi xəbərə görə, məcburi köçkünlərin məskunlaşdığı ümumi sahəsi 490 kv/m olan iki mərtəbəli, 12 mənzilli, fin tipli yaşayış binasının yanar konstruksiyalarının 318 kv/m sahəsi yanıb.
Hadisə nəticəsində xəsarət alan olmasa da, 12 ailə mənzilsiz qalıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Gəncə Regional Yanğından Mühafizə İdarəsinin yanğınsöndürənləri cəlb olunub. İki saat ərzində aparılan tədbirlər nəticəsində yanğının böyüməsinin qarşıısı alınıb.
Qeyd edək ki, faktla bağlı araşdırma aparılır. Hadisənin dəqiq səbəbləri araşdırılır.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB