Narkotik plantasiyası aşkar edilib

Narkotik plantasiyası aşkar edilib

Bərdə polisinin keçirdiyi uğurlu əməliyyat zamanı narkotik vasitə sayılan çətənə kolları aşkar edib. SİA-nın Qarabağ bürosunun verdiyi məlumata görə, "Xaş-Xaş 2013" şərti adı altında keçirilən əməliyyat nəticəsində rayonun Ləmbəran kəndi ərazisində yabanı halda bitən narkotik vasitə sayılan çətənə kolları aşkarlanıb.

Polis əməkdaşları tərəfindən aşkar edilən 2 ton çətənə kolu bitkisi yandırılıb.

Qeyd edək ki, ərazidən 7468 ədəd kol yığılıb.

Şamxal Cəliloğlu

Bütün xəbərlər Facebook səhifəmizdə