Şirvanda iki avtomobil toqquşdu FOTOLAR

Şirvanda iki avtomobil toqquşdu FOTOLAR

Şirvanda iki avtomobil toqquşdu, 2 nəfər yaralandı. SİA-nın Aran bürosunun müxbirinin verdiyi məlumata görə, bu gün günorta saatlarında Şirvan şəhərinin M.Rəsulzadə prospektində 4 yol kəsişməsində avtomobil qəzası baş verib. Belə ki, Sabirabad rayon sakini sürücü 1990-cı il təvəllüdlü Hüseynov Pərvin Oruc oğlu idarə etdiyi VAZ 21015 markalı 90 MC 937 nömrəli avtomobillə Şirvan şəhər sakini sürücü 1984-cü il təvəllüdlü Rzayev Ramil Hüseynağa oğlunun idarə etdiyi VAZ 2107 markalı 90 XC 074 nömrəli maşınla toqquşub.

Nəticədə hər iki avtomabilə ciddi ziyan dəyib və hər iki sürücü xəsarət alaraq Şirvan şəhər mərkəzi xəstəxanasına yerləşdirilib.

İqbal Mikayılov

Bütün xəbərlər Facebook səhifəmizdə