Minik avtomobili yanıb

Yevlax rayonu ərazisində dəmir yol keçidində (rayon mərkəzindən 16 km aralı) vətəndaşa məxsus KİA markalı minik avtomobilinin yanar hissələri yanıb. Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, dəmir yol xətti yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə