Baş vermiş yanğın hadisələrinin qarşısı alınıb

Baş vermiş yanğın hadisələrinin qarşısı alınıb

Baş vermiş yanğın hadisələrinin qarşısı alınıb. Bu barədə SİA məlumat verib.

Məlumatda deyilir ki, Cəlilabad rayonu, Həziabad kəndində kənd bələdiyyəsinə məxsus 3 ha sahədə biçilmiş taxıl sahəsi yanıb. Digər əkin sahələri yanğından mühafizə olub.

Bərdə rayonu, Çəmənli kəndində (rayon mərkəzindən 12 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 65 kv.m olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyaları və bitişik yığılmış 8 ton ot bağlamasının 3 tonu yanıb. Köməkçi tikilinin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub.

Quba şəhərində vətəndaşa məxsus kafenin ərazisində ümumi sahəsi 70 kv.m olan katecin talvardan ibarət dam örtüyü 3 kv.m sahədə yanıb. Katecin qalan hissəsi yanğından mühafizə olunub.

Cəlilabad rayonu, Bədirli kəndindən (rayon mərkəzindən 20 km aralı) kənd bələdiyyəsinə məxsus ərazidə 10 ha biçilmiş taxıl sahəsi yanıb. Yanğından yaxınlıqda olan biçilməmiş taxıl sahələri mühafizə olunub.

Ağcabədi rayonu, Şahsevən kəndində (rayon mərkəzindən 22 km aralı) vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 5 ton ot bağlamasının 3 tonu yanıb. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə