Dənizdə bir nəfər xilas edilib. Bu barədə SİA məlumat verib.
Məlumatda deyilir ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Sabunçu rayonunda, ("Nardaran" sularda xilasetmə məntəqəsindən təxminən 1500 metr məsafədə nəzarət olunmayan ərazidə) 1 nəfər rezin dairənin üzərində olarkən küləyin aparması səbəbindən boğulmaq təhlükəsi ilə üzləşmiş və Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasedicisi tərəfindən xilas olunub.
Əməliyyat saat 19:55-də başa çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB