2 balıqçı dənizdə köməksiz vəziyyətdə qalıb

2 balıqçı dənizdə köməksiz vəziyyətdə qalıb

Xaçmaz rayonunda ("Seyidli" sularda xilasetmə postundan təxminən 5 km məsafədə nəzarət olunmayan ərazidə) 2 nəfər balıqçı qayığın mühərrikinin xarab olması səbəbindən dənizdə köməksiz vəziyyətdə qalıb. Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub, vətəndaşları xilas etmiş və qayığı sahilə çıxarıblar. Əməliyyat saat 13:40-da başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə