Qadın sürücü yanaraq həlak oldu

Qadın sürücü yanaraq həlak oldu

Bakı şəhəri, Sabunçu rayonunda qadın sürücü avtomobildə yanaraq həlak olub. SİA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, yol-qəza hadisəsi nəticəsində Səfərova Lalə Telman qızı tərəfindən idarə olunan "MERCEDES" markalı minik avtomobilinin yanar hissələri yanıb. Yanğının söndürülməsi zamanı yanğınsöndürənlər tərəfindən sürücü L.T.Səfərovanın yanmış meyiti aşkar olunub. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır. Yanğın saat 00:01-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə