Lənkəranda narkotik maddə satan şəxs saxlanılıb

Lənkəranda narkotik maddə satan şəxs saxlanılıb

Lənkəran rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Səpnəkəran kənd sakini 23 yaşlı Sahil Səfail oğlu Rzayev şübhəli şəxs qismində saxlanılıb. SİA-nın Cənub bürosunun verdiyi verdiyi məlumata görə, S.Rzayev həyətində becərdiyi narkotik vasitəni kibrit qutularına yığaraq qara bazarda satmaq istəyərkən saxlanılıb. İlkin araşdırmalardan sonra məlum olub ki, S.Rzayev yaşadığı həyətdə külli miqdarda narkotik tərkibli marixuananı aqrotexniki qaydada əkib becərərək onu qurudub. O, əldə etdiyi 400 qram narkotiki maddəni 40 ədəd kibrit qutusuna yerləşdirərək, qara bazarda hər qutunu 50 manata satmağa cəhd göstərib. Saxlanılan S.Rzayev ilkin ifadəsində bildirib ki, narkotik vasitə sayılan marixuananın tumunu təsadüfən tapıb və onu həyətində becərib. Narkotik maddəni satmaqda məqsədi isə xəstə atasını müalicə etdirmək olub.

Hüquq-mühafizə orqanları tərəfindən saxlanılan S.Rzayev barəsində Lənkəran rayon məhkəməsi tərəfindən 2 aylıq həbs qəti imkan tədbiri seçilib.

Qeyd edək ki, ki, Lənkəran RPŞ-də faktla bağlı Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Sərraf Mirsəfəroğlu

Bütün xəbərlər Facebook səhifəmizdə