Həkim qəzada dünyasını dəyişdi

Həkim qəzada dünyasını dəyişdi

Gəncə-Şəmkir avtomobil yolunda ölümlə nəticələnən yol qəza hadisəsi baş verib. SİA-nın bölgə müxbirinin xəbərinə görə, 1962 -ci il təvəllüdlü Xaliq İsgəndərovun idarə etdiyi "NİVA" markalı avtomobil idarəetməni itirərək aşıb. Nəticədə avtomobildə olan sərnişin, 1954 cü il təvəllüdlü Gəncə şəhərində LOR həkimi işləyən Elman Məmmədov dünyasını dəyişib.

Qeyd edək ki, faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə